Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" komandası Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxıb.
Ednews-un məlumatına görə, "Çorum" səfərinə yollanan Kocaeli təmsilçisi 1:2 hesabı ilə məğlub olub.
Qarşılaşmaya start heyətində başlayan R.Şeydayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu gün digər Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" komandası pley-offda "Bodrumspor"la qarşılaşıb və uduzub - 0:2.