Yaşıl meydanlarda daha bir futbolçu ölümü qeydə alınıb.
Gürcüstanın “Zuqudidi” klubunun qapıçısı Şota Maminaşvili “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib.
O, təcili xəstəxanaya çatdırılsa da, qolkiperin həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun vəfatı ilə əlaqədar oyun təxirə salınıb.
Qeyd edək ki, 31 yaşlı Maminaşvili daha çox Batumi “Dinamo”sundakı çıxışı ilə məşhur idi.(yenicag.az)