İspaniya Primerasının 8-ci turunda "Getafe" ilə qarşılaşan "Real Madrid" 2:1 hesabıyla qələbə qazanıb.
Madrid klubu La Liqada ardıcıl 13 səfər qələbəsi qazanan ilk klub olub. "Real" bu oyunlarda 35 qol vurub və qapısından 1-ni buraxıb. Əvvəlki rekord ardıcıl 12 səfər qələbəsi ilə Qvardiolanın "Barcelona"sına məxsus idi. "Getafe" ilə oyun Zidanın komandanın baş məşqçisi kimi 100-cu qarşılaşması olub. Bu oyunların 75-də qalibiyyət (17 heç-heçə, 8 məğlubiyyət) görən fransalı mütəxəsis "Real"ın 273 qoluna şahidlik edib. (goal.az)