DÇ-2018-in pley-off matçında Peru Yeni Zelandiyanı 2 cavabsız qolla üstələyərək Rusiyaya bileti rəsmiləşdirdi.
Qarşılaşmanın 65-ci dəqiqəsində Peru ikinci qolu vurub. Bu qolun sevinci zəlzələyə səbəb olub. Seysmoloji mərkəzdən bildirilib ki, Ramosun ikinci qolundan sonra Perunun Lima bölgəsində yeraltı təkan qeydə alınıb.
Ətraflı məlumatın daha sonra açıqlanacağı qeyd olunsa da, titrəyişin təbii proses olmadığı vurğulanıb.