Portuqaliyanın Vila Real De San Antonio şəhərində IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunları keçirilir.
Bu gün başlayan oyunlarda oxatma, yüngül atletika, üzgüçülük, stolüstü tennis və para-taekvondo idman növü yer alıb.
Dekabrın 6-da başa çatacaq Oyunlarda ölkəmizi para-taekvondo milli yığma komandasının 12 üzvü təmsil edir.
Baş məqşçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun rəhbəliyi ilə bu gün Portuqaliyaya yollanan millinin idmançılarından Şəhmir İbadov (-62 kq, K41), Elimxan Manafov (-61 kq, K42), Nicat Müslümov (-75 kq, K42), Sadiq Həmidov (-61 kq, K43), Xəzər Mirzəyev (-75 kq, K43), Rövşən Qəhramanlı (-61 kq, K44), Əbülfəz Abuzərli (-75 kq, K44), İmaməddin Xəlilov (-75 kq, K44), Vüqar Adışirinov (+75 kq, K44), Hüseyn Həsənov (-75 kq, K44), Aynur Məmmədova (+58 kq, K44), Röyalə Fətəliyeva (-58 kq, K44) yarışlarda mübarizə aparacaq.
Xatırladaq ki, 2015-ci ildə Rusiyanın Soçi şəhərində təşkil edilən Oyunlarda para-taekvondo milli yığma komandamız uğurlu çıxış edərək 4 qızıl və 1 bürünc medala sahib olub.