Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşacaq “Bavariya” heyətini açıqlayıb.
Uzun müddətdir zədə səbəbindən yaşıl meydançadan uzaq qalan qapıçı Manuel Neuer bu matçda komandasına kömək edə bilməyəcək.
Onun yoxluğunu isə klubla müqavilə müddəti yenidən uzadılan Sveyn Ulreyx doldurmağa çalışacaq.
Hücum xəttində isə ən həyəcanlı nöqtə yeni transfer Sandro Vaqnerin start heyətində çıxıb-çıxmamağı idi. Siyahıya görə, baş məşqçi Yupp Hyankes yeni oyunçusunu ehtiyat heyətdə saxlamağa qərar verib.
“Beşiktaş”ı qonaq edəcək "Bavariya”nın əsas heyəti belədir:
Sveyn Ulreyx
Yoşua Kimmiç
Yerom Boatenq
Mats Hammels
Devid Alaba
Tomas Müller
Xavi Martinez
Ceyms Rodriqez
Aryen Robben
Robert Levandovski
Frank Riberi
Qeyd edək ki, oyun 20 fevral Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.