“Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.
O, bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. O.Hüseynzadənin istefası qəbul olunub.
“Neftçi” PFK Orxan Hüseynzadəyə gələcək fəaliyyətində uğurlar arzulayır.