Almaniya yığmasının və İngiltərənin "Arsenal" futbol klubunun üzvü, türk əsilli futbolçu Məsud Özil ən bəyəndiyi türk futbolçunun adını açıqlayıb.
Məsud ən bəyəndiyi türk futbolçunun Türkiyənin "Trabzonspor" futbol klubunun üzvü Yusif Yazıçı olduğunu deyib.
“Trabzonspor"da oynayan Yusif Yazıçı və Əbdülqədir Ömür inanılmaz istedadlı futbolçulardır. Yusif Yazıçı əsl 10 nömrədir və ikimizin də eyni özəlliklərə sahib olduğumuzu düşünürəm. Ara pasları çox gözəldir və çox soyuqqanlıdır. Yusifi tez bir zamanda Avropanın böyük klublarında görəcəyimizə inanıram”. (teleqraf.com)