FİFA bu il keçiriləcək Dünya Çempionatı öncəsi Rusiyada istintaq-araşdırma əməliyyatlarına başlayıb.
Ali futbol qurumu Rusiya Futbol Federasiyasına irqçiliyə qarşı araşdırmalar aparacağını bildirib.
Qeyd edək ki, martın 27-də Rusiya ilə Fransa arasında keçirilən yoldaşlıq oyununda fransalı futbolçulara qarşı irqçi hücumlar edilmişdi. Aralarında məşhur oyunçu Paul Poqbanın da olduğu qaradərili futbolçulara “meymun” şüarı səsləndirilmişdi.
Qeyd edək ki, Rusiya haqqında son iki Avropa Çempionatında da araşdırma aparılmışdı.