FİFA Dünya Kubokunun orijinalı 2018 Dünya Çempionatının ev sahibi Rusiyaya aparılıb.
50-dən çox ölkəni səyahət edib ənənəvi turnirini tamamlayan kubok Rusiyanın Vladivostok şəhərinə çatıb.
Kubok son 48 saatını Yaponiyada keçirib. Rusiyaya çatanda isə ənənəvi olaraq çörək və duzla qarşılanıb.
Qarşılama mərasimində 2012-ci ildə Braziliya Milli Komandasında dünya çempionu olan Gilberto Silva və 2018 Dünya Çempionatının rəsmi elçiləri Viktoriya Lopıreva ilə Natalya Vodyanova iştirak edib.
Son 48 saatını Yaponiyada keçirən kubok 9 Rusiya şəhərində nümayiş etdirildikdən sonra Moskvaya aparılacaq.
Qeyd edək ki, Dünya Çempionatının kuboku təmiz qızıldan hazırlanır, 6 kq çəkiyə malikdir.
Xatırladaq ki, Dünya Çempionatının kuboku 9 fevral tarixində Bakının qonağı olmuşdu.