Ali Koçun prezidenti seçilməsindən sonra “Fənərbaxça”da ilk istefa gerçəkləşib.
Baş məşqçi Aykut Kocaman postundan istefa verib.
Klubla hələ də birillik müqavilə müddəti qalan baş məşqçi yeni idarənin işlərinin rahat getməsi üçün istefa verdiyini bildirib.
Təcrübəli çalışdırıcı ərizəsini idarə heyətinə təqdim edib.
Qeyd edək ki, Ali Koç vəzifəsinə başlayacağı günlərdə ilk olaraq əsas komandanın baş məşqçisini dəyişdirəcəyini bildirmişdi. Mətbuatda yayılan xəbərlərə görə, prezident “Barselona”nı 3 il çalışdıran Luiz Enrike ilə razılığa gəlib.