FİFA Argentina Futbol Assosiasiyasını 90 min avro məbləğində cərimələyib.
Buna səbəb azarkeşlərin DÇ-2018-in D qrupunda Xorvatiya ilə matç zamanı davada iştirak etməsidir. Fanatlar, həmçinin meydana kənar əşyalar atıb və təhqiramiz ifadələr işlədiblər.
Daha öncə Argentina millisinin bir qrup azarkeşinin Xorvatiya yığmasının fanatını döydükləri görüntülər yayılıb.
Qeyd edək ki, Argentina yığması sözügedən matçda Xorvatiyaya 0:3 hesabı ilə məğlub olub.