Argentinanın dünyaca məşhur olan keçmiş futbolçusu, sabiq baş məşqçi Dieqo Maradona xəstəxanaya yerləşdirilib.
Bu barədə "Independent" xəbər verib.
Məlumata görə, o, futbol üzrə dünya çempionatının D qrupunda, III tur qarşılaşmasında Argentina ilə Nigeriya arasında keçirilən oyundan sonra xəstəxanaya çatdırılıb. Xəbərdə bildirilir ki, keçmiş baş məşqçi stadionun binasında stulun üstünə yıxılıb.
Rusiyalı həkimlər dərhal Maradonaya tibbi yardım göstəriblər və o, yerli xəstəxanaya aparılıb.
Qeyd edək ki, qarşılaşma Argentina yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.