"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo komandanın uğursuz çıxışı barədə danışıb.
Eurasia Diary xəbər verir ki, portuqaliyalı mütəxəssis oynatdığı sistemin doğru olduğunu bildirib. O, problemin futbolçuların xarakterində olduğunu deyib:
"Komandamın sistemlə bağlı problemi yoxdur. Ən böyük sıxıntımız oyunçuların xarakterləri ilə bağlıdır. İtlərə olan tam hörmətimlə deyirəm, komandamızda quduz it yoxdur. Rəqibi dişləyən, pressinq edən hirsli futbolçumuz yoxdur. Buna görə də komandada ruh əksikdir".
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 14 turdan sonra 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Qırmızı şeytanlar" lider "Mançester Siti"dən 16 xal geridədir.