Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin illik maaşına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, AFFA onun əcnəbi köməkçiləri də daxil olmaqla, birgə ilə bir milyon avro maaş ödəyəcəyini rəsmi şəkildə açıqlayıb.
Bu pulun iyirmi faizi əcnəbi köməkçi məşqçilər üçün nəzərdə tutulub. Bu yerdə haşiyəyə çıxaraq qeyd edək ki, Xorvatiya mətbuatı Yurçeviçin ilinə 300 min avro alacağını iddia edirdi.
Qeyd edək ki, Nikola Yurçeviçin müqaviləsinin müddəti də açıqlanıb. Onunla 1+2 illik şərti ilə müqavilə bağlanılıb.