İngiltərə millisinin və "Tottenhem" klubunun hücumçusu Harri Keyn öz fikirləri ilə yenə diqqət mərkəzinə düşüb.
Harri Keyn ESPN-ə açıqlamasında futbol karyerasını başa vurduqdan sonra özünü NFL-də (Amerika Milli futbol liqasında) sınamaq istədiyini bildirib.
O öz müsahibəsində NFL-in ambisiyalı bir yer olduğunu və burda 10-12 il oynamaq üçün cəhd etmək istədiyini deyib.
Qeyd edək ki, Keyn bu çempionatın azarkeşidir və burda da ən yaxşı olmağa layiq olduğunu sübut etməyə çalışacaq.
Xatıladaq ki, NFL-də ən yaşlı oyunçu "İndianapolis Kolts"un 46 yaşlı üzvü Adam Viniateridir.