Dünya mediasında futbol təşkilatçılığı mövzusunda Bakı ilə Madridin maraqlı müqayisəsi başlayıb...

İdman 20:21 03.06.2019

Məlum olduğu kimi, Bakıda Avroliqanın finalında “Arsenal”la “Çelsi, Madriddə isə iyunun 1-də yenə də iki ingilis komandası Çempionlar Liqasının finalında görüşdülər. Bakı ilə müqayisə edəndə Madriddə bu gözəl futbol yarışmasının, əslində, futboldan başqa hər şeyə oxşadığına sadəcə heyrət edirsən və bir daha dönüb Bakıdakı futbol finalına nəzər yetirirsən. Belə müqayisə aparan tək biz deyilik.

Dünya, o cümlədən, Avropa mediası bununla bağlı müqayisə aparıb. Məlum olub ki, Madriddə yaşananlar çox biabırçı bir mənzərə yaradıb. Məsələn, İngiltərənin məşhur futbol ekspertlərindən biri Brayan Uirli BBC-yə müsahibəsində bildirib ki, Bakıda matçın təşkili əla idi. O, Bakıda təşkil olunmuş Avroliqanın final oyunu ilə Madrid matçını müqayisə edib: “Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat... Madrid əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdır. Mən və İngiltərədən “Çelsi”-“Arsenal” matçını seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarşılaşmaya evsahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik”.

B.Uirli Madriddə qarşılaşmaya hazırlıq səviyyəsindən, təhlükəsizlik tədbirlərindən, infrastrukturdan tutmuş, biletlərin satışınadək hər şeyin çox pis olduğunu deyib.

Digər media vasitələrində də bənzər müqayisələr yer alıb. Məlum olub ki, polis Madriddə çoxlu sayda saxta bilet satanları həbs edib. Orada otel və hostel qiymətləri çox baha olub, polis fanatları təhqir edib və s.

Bakıda keçirilən oyuna münasibətdə isə ancaq xoş təəssüratlar yer alıb. Bütün bu deyilənlərin fonunda, Bakı ilə Madridin müqayisəsi nəyin nəticəsidir?

Azər Həsrət: “Məlum oldu ki, İspaniya kimi inkişaf etmiş Avropa ölkəsində biabırçı mənzərə yaşanıb”

Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət buna bir neçə aspektdən yanaşdı: “Bakıda Avroliqa ərəfəsində dünya mediasında, xüsusən də ingilislərə, ermənilərə yaxın olan mediada Azərbaycanın mənfi obrazını yaratmağa çalışdılar. Azərbaycan haqqında olmazın böhtanlar uyduruldu. İddia olundu ki, guya Bakı Avroliqanın finalına layiq deyil. Ancaq bütün bu deyilənlərin əksinə olaraq, Azərbaycan, həmişə olduğu kimi, çox yüksək təşkilatçılıq nümayiş etdirdi. Ümumiyyətlə, heç bir fövqəlada hadisə yaşanmadan bu oyun yüksək səviyyədə keçirildi. Heç kim bizə qarşı ciddi və əsaslandırılmış narazılıq edə bilmədi. Yəni bizə qarşı səsləndirilən ittihamlar öz təsdiqini tapmadı. Bunun ardınca Madriddə Çempionlar Liqasının finalının keçirilməsi hər bir işimizə yaradı. Niyə? Ona görə ki, dünya mediasında müqayisə etmək üçün imkan yarandı. Məlum oldu ki, İspaniya kimi inkişaf etmiş Avropa ölkəsində biabırçı mənzərə yaşanıb. Belə olan halda, Azərbaycan nəinki daha yaxşı final keçirə bilər, ümumiyyətlə, Avropa İttifaqı ölkələrinin istənilən bir üzvündən daha yaxşı tədbir keçirə bilər. Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Son oyunla Azərbaycan bunu bir daha sübut etdi. Bizə qara yaxanlar bununla yanıldılar və müqayisə aparmaqla bunu etiraf etdilər. Bu da onun hesabına baş verdi ki, Azərbaycan üzərinə götürdüyü istənilən öhdəliyi yüksək səviyyədə yerinə yetirməyi bacarır”.

Vidadi ORDAHALLI

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
Hamısı