Harri Keyn elə yerdən qol vurdu ki… - VİDEO | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Harri Keyn elə yerdən qol vurdu ki… - VİDEO

İdman A- A A+

Beynəlxalq Çempionlar Kubokunda mübarizə davam edir.

Eurasia Diary xəbər verir ki, “Tottenhem” “Yuventus”la qarşılaşıb.

Görüş londonluların 3:2 hesablı qələbəsi ilə bitib.

Oyuna damğa vuran isə hesab 2:2 olarkən matçın sonuna artırılmış dəqiqələrdə Harri Keynin vurduğu qol olub.

Belə ki, İngiltərə millisinin forvardı mərkəz xəttindən möhtəşəm zərbə ilə komandasına qələbə qazandırıb.

Qeyd edək ki, 13 komandanın iştirak etdiyi Beynəlxalq Çempionlar Kubokunda turnir cədvəlinə 6 xalla “Arsenal” başçılıq edir.(Oxu.Az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...