"Barselona" və "PSJ" klubları arasında Neymar Junior üçün rəsmi danışıqlar başlayıb.
Eurasia Diary xarici mətbuata istinadla xəbər verir ki,"PSJ" tərəfdən danışıqlarda klub prezidenti Nasser Al-Khelaifi, "Barselona" tərəfdən isə klubun rəhbər şəxslərindən olan Oscar Grau iştirak edir.
Son məlumatlara görə, Paris klubu Nelson Semedo, Ousman Dembele və 100 milyon avro qarşılığında Neymarı ispan klubuna satmağa razıdır.