İspaniya La Liqasında "Xetafe" - "Barselona" qarşılaşması baş tutub.
Eurasia Diary xəbər verir ki, matç katalonların 0-2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 41-ci dəqiqəsində "Barsa"nın qapıçısı Ter-Ştegenin ötürməsini Luis Suarez qola çevirib. Bununla da Ter-Ştegen 21-ci əsrdə La Liqa tarixində "Barselona" adına məhsuldar ötürmə verən ilk qapıçı adını qazanıb.
Komandanın ikinci qolunu 49-cu dəqiqədə Junior Firpo vurub.