Eden Hazard cərrahiyyə əməliyyatından sonrakı bərpa dövrünə görə Avropa çempionatında oynamamaq təhlükəsi ilə üzləşib
Eurasia Diary xəbər verir ki, Futbol üzrə Belçika yığmasının və Madridin "Real" klubunun hücumçusu Eden Hazard həftənin dördüncü günü ABŞ-da yenidən əməliyyat olunacaq. O, yaşıl meydançaya 2-3 ay sonra qayıdacaq.
Hazard fevralın 22-də İspaniya çempionatında "Levante" ilə matçda zədə alıb. Daha Sonra isə "Real" klubunu rəsmi saytında futbolçunun incik sümüyündə çat aşkarlandığını bəyan edilib.
Klubun rəsmi sayıtında əldə oluna məlumata görə, əməliyyatın Dallasdakı klinikalardan birində həyata keçiriləcəyi bildirilir.
Hazard Avropa çempionatını buraxmaq riski ilə üzləşib. Bu çempionatda belçikalıların B qrupunda rəqibləri Rusiya, Finlandiya və Danimarkadır.
AVRO-2020-nin ilk oyununu Belçika yığması iyunun 13-də Sankt-Peterburqda Rusiya yığmasına qarşı keçirəcəkdir.