"Barselona" 20 ildən sonra pley-offa vəsiqə qazana bilməyib - Çempionlar Liqası - ednews.net

24 Yanvar, Bazar ertəsi

"Barselona" 20 ildən sonra pley-offa vəsiqə qazana bilməyib - Çempionlar Liqası

İdman A- A A+

İspaniyanın "Barselona" klubu 20 ildə ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

EDNews.net-in məlumatına görə, Kataloniya təmsilçisi qrup mərhələsinin VI turunda Almaniyada "Bavariya"ya 0:3 hesabı ilə uduzub.

Komanda son olaraq 2000/2001 mövsümündə eyni uğursuzluqla üzləşib. "Barselona" həmin vaxt İtaliyanın "Milan", İngiltərənin "Lids" və Türkiyənin "Beşiktaş" klubunun yer aldığı qrupda üçüncü yeri tutub və UEFA Kubokunda (hazırkı Avropa Liqası) iştirak etməli olub.

Qeyd edək ki, E qrupunda 7 xalla üçüncü olan "Barselona" UEFA Avropa Liqasında mübarizəni davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...