Ermənipərəst Fransada təxribat təhlükəsi "Qarabağ" təkcə "Marsel"ə qarşı oynamayacaq

İdman 16:51 18.12.2021

Dekabrın 13-də UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atıldı.

"Report"un məlumatına görə, püşk "Qarabağ"ı potensial rəqibləri arasında bəlkə də ən çətin komanda ilə - Fransa “Marsel”i ilə üz-üzə qoydu. Burada söhbət təkcə rəqibin gücündən, onun Avropanın ən yaxşı 5 çempionatından birində liderlər sırasında qərarlaşmasından getmir. Bu məsələyə daha sonra qayıdacağıq. Hələliksə Marsel şəhərinin eyniadlı təmsilçisinin tarixinə və uğurlarına qısaca nəzər salaq.

Avrokuboklarda uğur qazanmış ilk Fransa klubu

XIX əsrin sonunda təsis olunmuş 122 yaşlı klub 1937-ci ildən ev oyunlarını 60 000 azarkeş tutumuna malik “Velodrom” stadionunda keçirir. 9 dəfə Fransa çempionluğunu qazanmış “ağ-mavilər” ölkənin ən titullu komandalarından biridir. “Marsel” həmçinin Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi olmuş (1993-cü il) ilk fransız klubudur. Cənublular 10 dəfə ölkə kubokunda, 3 dəfə Liqa Kubokunda və 3 dəfə Superkubokda qələbə sevinci yaşayıb. Komanda həmçinin 2005-ci ildə UEFA İntertoto Kubokunu qazanıb. “Marsel”in son illər avrokuboklarda ən ciddi uğuru 2017/2018 mövsümündə Avropa Liqasının finalında oynamasıdır. Həlledici qarşılaşmada İspaniyanın “Atletiko” (Madrid) klubuna 0:3 hesabı ilə uduzan kollektiv gümüş medallarla kifayətlənmişdi.

100 mindən çox erməninin yaşadığı Marsel

Tarixindən, qazandığı titullardan da göründüyü kimi “Marsel” sıradan rəqib deyil və “Qarabağ”ın işi heç də asan olmayacaq. Lakin bu oyunla bağlı ən böyük narahatlıq Marseldə ermənilərin sıx məskunlaşmasıdır ki, bu da “Qarabağ”a qarşı mümkün təxribat ehtimalını artırır. Hazırda şəhərdə 100 000-dən çox erməni yaşayır. Marselin 7-ci dairəsinin meri Qaro Pvsepyan, 6-cı dairəsinin meri Frederik Durnayandır. Şəhərin vitse-meri Didye Parakyan da ermənidir. O, Fransa ermənilərinin bir araya gəlməsində və əlaqələndirilməsində mühüm rol oynayır. Marsel erməni ziyalılarının mərkəzidir. Bu gün şəhərdə 12 erməni kilsəsi, ticarət palatası fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev də 44 günlük Vətən müharibəsinin ilk günlərində “France 24” telekanalına müsahibəsi zamanı Marseldə 100 000-dən çox erməninin yaşadığını xatırladaraq bildirmişdi ki, kim onlara status və ya muxtariyyət vermək istəyirsə, bunu Kaliforniyada, Marseldə etsin.

Mümkün təxribat təhlükəsi

Ermənilərin İkinci Qarabağ Müharibəsində məğlubiyyəti fonunda Fransada Ağdam təmsilçisinə qarşı istənilən təxribatı gözləniləndir. Döyüş meydanındakı yenilgini və “Qarabağ”ın avrokuboklardakı uğurlarını həzm edə bilməyən mənfur qonşularımız yəqin ki, bu qarşılaşmanı da səbirsizliklə gözləyir. Daha əvvəl Lüksemburqda, Kiprdə öz çirkin əməllərindən əl çəkməyən ermənilər çox güman ki, Marseldə də öz simasını göstərməyə çalışacaq.

“Qarabağ”ın prezidenti Tahir Gözəl də Fransadakı mümkün təxribatlardan narahatlığını gizlətməyib. O bildirib ki, Marseldə başqa çətinliklər də olacaq: “Biz Fransaya böyük enerji və iradə, özümüzə əmin şəkildə yollanacağıq. “Qarabağ”a qarşı təxribatlar törədə bilərlərmi? Arzum odur ki, bu, olmasın. Biz istəmirik. Həqiqətən futbol oynamaq istəyirik. "Qarabağ" klubu heç vaxt hansısa yerdə düşmən yönümlü mesaj verməyib. Sülh, insanlıq, humanizm və mənəvi dəyərlərə önəm vermişik".

T.Gözəlin fikirlərindən də aydın olur ki, mümkün təxribatla bağlı narahatlıq var. Bu mənada, AFFA və “Qarabağ” oyundan öncə bütün müvafiq qurumlara müraciət etməli, matçla bağlı təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olmalıdır. Nəinki stadionda, onun həndəvərində də nəzarət gücləndirilməlidir. Çünki “Qarabağ”ın Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi Avropa Liqasının qrup oyununda qondarma rejimin bayrağının dronla stadiona gətirilməsi hər kəsin yaddaşındadır.

Şübhəli püşkatma

Burada diqqət çəkən məsələlərdən biri iki gün öncə Fransa mətbuatının yazdığı pley-off mərhələsinin püşkatmasının yenidən keçirilmə ehtmalıdır. İngiltərədə "Tottenhem" və Fransanın "Renn" klubları arasında G qrupunun VI tur matçı koronavirusa görə təxirə salındığından və UEFA həmin görüşlə bağlı qərar vermədiyindən, püşkatmada hər iki klub iştirak edib. Reqlamentə əsasən, pley-off mərhələsində eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən, İngiltərənin digər klubu "Lester"in rəqibi müəyyənləşərkən "Tottenhem" və "Renn"in adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə Danimarka "Randers"i "tülkülər"ə rəqib olub. Bu iki klub püşkün nəticəsini etibarsız hesab edərək, apellyasiya şikayəti verə bilərlər. Bu halda püşkatmanın yenidən təşkil olunması istisna edilmir. Daha əvvəl UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi texniki nasazlıq səbəbindən təkrarlanıb.

Gözlənilən hakim "səhv"ləri

Bu oyun barədə narahatlıq doğuran digər məqam hakimliklə bağlıdır. İstər Bakıda İtaliya “İnter”i ilə, istərsə də İsveçrədə “Bazel”lə matçlarda referilərin “Qarabağ”ın başına açdığı oyunu bütün dünya gördü. Güclü komandalara qarşı simpatiyası açıq-aşkar hiss olunan UEFA-nın bu qarşılaşmada ədalətli davranacağına heç kim zəmanət verə bilməz. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də "Qarabağ" klubunu qəbul edərkən hakim amilini xüsusi vurğulayıb və bu cür yollarla komandaya təsir etmə cəhdlərinə sərt reaksiya verib: "Əlbəttə, biz 1/8 finala birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünki bu biabırçı hadisəyə səhv demək düzgün olmaz. Eyni zamanda, bu, birinci dəfə deyil ki, “Qarabağ” futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir. Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim Fran Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil. Çünki bu, Avropa turniridir. Bu, kənd turniri deyil, məhəllə turniri deyil, həyətlərarası turnir deyil. Buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən. Yaxşı, sən görmürsən, korsan, yan xətt hakimi də görmür, o da kordur? Bu korları necə yığıb doldurublar buraya?!"

Dövlət başçısı "Qarabağ"a tam dəstək verməklə bərabər belə hakimlərin də cəzalandırılacaqlarına ümid etdiyini bildirib: "Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik? Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox - ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Bir dəfə olsaydı, iki dəfə olsaydı deyərdik ki, ola bilər, səhv olub. Hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir. Ümid edirəm ki, bu biabırçı hallara yol verən hakimlər cəzalandırılacaq. Əks təqdirdə, onlara qarşı hər hansı bir cəza tədbiri tətbiq olunmasa, deməli, növbəti dəfə də biz bunun şahidi olacağıq. Növbəti dəfə ədalətsizlik, ikili standartlar, ayrı-seçkilik davam edəcək".

"Qarabağ" nə etməlidir?

Prezidentin çıxışı göstərir ki, hakimlik problemi də arxa plana atılmamalıdır. Bir sözlə, “Qarabağ” Marselə hər mənada tam hazırlıqlı getməlidir. Hətta matçdan öncə əvvəlki hakim səhvlərini UEFA-nın qarşısına arqument kimi qoyub, qitə futbol qurumuna yumşaq formada təzyiq etmək lazımdır. Rəqibin gücünə, mümkün erməni təxribatı və hakim qərəzinə baxmayaraq, səfərdə sərfəli nəticə qazanıb cütün taleyini Bakıda həll etmək olar.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə mümkün təxribatla bağlı UEFA-ya müraciət göndəriləcəyini istisna etməyib. Lakin onun fikrincə, hazırkı məqamda buna ehtiyac yoxdur: "Hamımız bilirik ki, Qarabağ - Azərbaycandır. Ümumiyyətlə, son vaxtlar belə səhvlər olduqda emosiyalar daha da çoxalır. İstər-istəməz belə şeylər düşünməli olursan. 2014-cü ildə İtaliya "İnter"i ilə Avropa Liqasının qrup mərhələsinin son tur oyunundan qolumuz sayılmadıqdan sonra rəhbərliyimiz UEFA-nın mənzil-qərargahına yollanaraq, ciddi etiraz, narazılıq bildirmişdilər. Amma hər bir halda futbol oyunu elədir ki, səhvlər, ədalətsizliklər, pərdəarxası epizodlar olur".

Ardıcıl 8 mövsüm avrokubokların qrup mərhələsində mübarizə apardıqlarını və bu mövsüm qrupdan çıxdıqlarını xatırladan 49 yaşlı mütəxəssisin fikrincə, görünən odur ki, UEFA-ya hər şeyin doğru-düzgün olması üçün hansısa formada müraciət ediləcək: "İstənilən halda, özüm və futbolçularım daha çox işləməli, daha hazırlıqlı olmalıyik. İnanın ki, belə epizodlar bizi daha da böyüdür. Daha da güclənir, məsuliyyətli oluruq, düşünmədiyimiz xırda epizodlara daha çox fikir veririk. Rəhbərliyimiz var, lazım olsa, klub səviyyəsində hər hansı müraciət ola bilər. Çünki pley-off mərhələsinin AEL ilə Kiprdəki ilk oyununda bizə qarşı təxribat baş verdikdə, UEFA-ya bu barədə rəsmən bildirilmişdi. Nəticədə Kiprin digər təmsilçisi "Omoniya" ilə qrup mərhələsindəki səfər matçımızda bu baxımdan böyük irəliləyiş olmuşdu. Yəni, artıq hər hansı təxribat baş verməmişdi. Ola bilsin, müraciətimizin təsiri olmuşdu. Yenə də ehtiyac olsa, yəqin ki, müraciət ediləcək".

Qeyd edək ki, “Qarabağ” “Marsel”ə qarşı ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra evdə keçirəcək.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
Hamısı