Rusiya yığması Pekin Olimpiadasında medal sıralamasında birinci yerə yüksəlib.
Ednews xəbər verir ki, bu, Kamilə Vəliyevanın qələbəsindən sonra baş verib. Sərbəst proqramla çıxış edən konkisürən yaponiyalı rəqibini üstələyərək 178,92 xalla lider olub. Beləliklə xizəkçilər komanda turnirində qızıl medal qazanıblar.
Rusiyanın hal hazırda iki qızıl, iki gümüş və iki bürünc mükafatı var.
Aleksandr Bolşunov qızıl, xizəkçilər Natalya Nepryaeva və Denis Spitsov gümüş, sərbəst xizəkçi Anastasiya Smirnova və qarışıq estafetdə biatlonçular bürünc medal qazanıblar.
Qeyd edək ki, medal sıralamasında ikinci yerdə Norveç komandasıdır. Komandanın iki qızıl və bir bürünc medalı var. Üçüncü yerdə iki qızıl medalla İsveç yığması qərarlaşıb.