“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Türkiyənin “Sivasspor” klubundan ayrılıb.
Ednews Super Liqa təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Otuz iki yaşlı futbolçu "İnternasyonal"a keçib. O, yeni klubu ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.
Xatırladaq ki, Pedro Enrike 2017/2018-ci il mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib. O, 2019-cu ildə müqavilə məxsus olduğu PAOK-dan “Kayserispor”a transfer olunmuşdu.