"Qarabağ" bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Ednews xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın yüksək liqasında mübarizə aparan və son mövsümü 7-ci pillədə tamamlayan "Botoşani" ilə qarşılaşacaq.
Kössen stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ"ın növbəti oyunları iyunun 29-da olacaq. Komanda həmin gün "Holştayn Kiel" (Almaniya) və "Universitatya Krayova" (Rumınya) ilə üz-üzə gələcək.
Yoxlama oyunu
25 iyun
19:00. "Qarabağ" - "Botoşani"
Kössen stadionu