UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Rapid" (Avstriya) matçının hakimləri açıqlanıb.
Ednews xəbər verir ki, oyunu Xorvatiya Futbol Federasiyasından Dario Bel idarə edəcək.
Ona Maryan Tomas və Kristian Novosel köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Tihomir Pejin yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 4-ü keçiriləcək "Neftçi" - "Rapid" görüşü saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı bir həftə sonra Vyanada olacaq.