UEFA Avropa Liqasının rəsmi "Twitter" səhifəsi "Qarabağ"ın futbolçusu Musa Qurbanlının fotosunu paylaşıb.
Ednews xəbər verir ki, Musanın "Zirə” ilə oyunda vurduğu qoldan sonra etdiyi hərəkəti əks etdirən fotoya “Qarabağ” = beynəlxalq fasilədə liqanın zirvəsi” başlığı verilib.
Xatırladaq ki, "Qarabağ"ın futbolçusu Musa Qurbanlı "Zirə"yə 7:1 hesabı ilə qalib gəldikləri görüşdə 4 qol vurub.