Azərbaycan millisinin və "Səbail"in qapıçısı Emil Balayev zədələnib.
Ednews xəbər verir ki, 28 yaşlı qolkiper Bakıda "Sumqayıt"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IX tur oyununda sahədən çıxıb.
Ayağından xəsarət alan Balayev 75-ci dəqiqədə Hüseynəli Quliyevlə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və meydan sahibləri hesabda öndədir - 1:0.