DÇ-2022: - Benzema ilk oyunu buraxacaq - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

DÇ-2022: - Benzema ilk oyunu buraxacaq

İdman A- A A+
Fransa millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema bu il Qətərdə keçiriləcək dünya çempionatının ilk tur oyununu buraxacaq. 
 
Ednews "L Equipe" nəşrinə istinadən xəbər verir ki, zədədən sonra bərpa prosesi keçən 35 yaşlı hücumçu mundialın startınadək hazır olmayacaq. 
 
Təcrübəli forvard "kral klubu"nun bu il La Liqada keçirəcəyi son 3 matçında da iştirak edə bilməyəcək. 
 
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa yığması D qrupunda ilk görüşünü noyabrın 22-də Avstraliyaya qarşı keçirəcək. Bu qrupda Danimarka və Tunis milli komandaları da yer alıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...