"Neftçi"ni bu mübarizədən silməyə tələsmək olmaz" Rəşad Sadıqov

İdman 01:26 13.11.2022

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 14-cü turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

O, əvvəlcə oyun barədə fikirlərini bildirib.

- Oyun gözlədiyimizdən də çətin, gərgin keçdi. Birinci hissədə daha rahat idik, topla oyunumuz daha yaxşı alınırdı. Yaxşı hücumlarımız var idi, amma sonluğu gətirə bilmirdik. Son ötürmələrdə zərbələrdə ustalıq çatmırdı, həyəcan var idi. İkinci hissəyə rəqib daha aqressiv başladı. Dəqiqələr ötdükcə xüsusilə də sağ cinahdan yüklənirdik. Lorislə Qismət yaxşı anlaşırdılar. Qol da oradan gəldi. Çox vacib qələbə qazandıq. Həftə ərzində futbolçuların üzərində təzyiq var idi. Buna baxmayaraq önəmli qalibiyyət əldə etdik. İki həftəlik fasilə var. Sonra kubok matçı, ardınca "Qarabağ"la səfər oyunumuz olacaq. İki gün dincəlib matçlara hazırlaşacağıq. 

- Heyətdə itkilər var. Bu, oyununuza təsir etdi?

- Birinci  hissədə çətinliyimiz yox idi. Amma ikinci hissənin əvvəlində oldu. İlk hissədə çox yaxşı çıxışlar etdik. Hücumameyilli oyunçularımız hücumları tam istədiyim kimi inkişat etdirə bilmirdilər. Amma oyun quruculuğu çox yaxşı idi. Rüstəmi heç nədən itirdik. 4 gündür qızdırma içindədir. Felipe "Qəbələ" ilə görüşə sağlam çıxdı, bir saat sonra ayağı şişməyə başladı. bir həftədir ki, məşq edir. İkinci hissədə oyunu gücləndirmək istəyəndə itkilər özünü daha qabarıq şəkildə göstərdi. Amma meydana çıxan, sonradan daxil olanlar sona kimi əllərindən gələni etdilər. 

- Hakimliklə bağlı fikirləriniz necədir? Oyun zamanı etiraz edirdiniz. Rahid Əmirquliyevlə də aranızda insident oldu. Orada nə baş vermişdi?

- Rahid birinci bizə etiraz etdi. Mən də dedim ki, sənin bizim skamyaya dönüb nəsə deməyin düzgün deyil. Rahidlə 15-20 ilin dostuyuq. Başqa bir şey ola bilməz. Etiraza gəldikdə isə, müzakirə edirik də. O da etiraz sayılır? 4-cü hakimlə arada dialoq edirdik.

- "Qarabağ"la matçdan öncə xüsusi psixoloji hazırlığa ehtiyac duyulur?

- Hər rəqib "Qarabağ"la oyuna öncə psixoloji cəhətdən hazır olmalıdır. Bu, tək bizim daxili çempionata aid deyil. Beynəlxalq arenada da görürük ki, rəqiblər "Qarabağ"la matça istər psixoloji, istərsə də taktiki cəhətdən xüsusi hazırlaşırlar. Amma öncə kubokda çox vacib 1/8 final görüşü olacaq.  İlk növbədə həmin görüşü düşünəcəyik.

- Zədəli futbolçuların durumu nə yerdədir?

- Ciddi deyil. Amma bu periodda 2-3 həftə məşqləri qaçırıb, sonra yenidən hazır olmaqları vaxt alacaq. Kubokda 1/8 finaldan sonra 4-5 gündən bir oyunlar bizi gözləyir. Həmin periodda geniş heyətə ehtiyacım olacaq. Hər futbolçunun sağlamlığı bizim üçün önəmlidir.

- Bu gün rəqib "Qarabağ" və ya "Neftçi" olsaydı, qapıda yeni Mehdi Cənnətovu görəcəkdik?

- Bəli. Yenə qapıda Mehdini görəcəkdik. "Qəbələ" ilə oyunda bir az taktiki səhv idi. Mövqeyi bir balaca düz deyildi. Keçən dəfə də bildirdim ki, bu, daha çox Ülvinin ustalığı idi. Bəlkə də çempionatımızda 10 ildə bir baş verəcək hadisədir. O da bizim başımıza gəldi. "Qəbələ" ilə oyunu çox yaxşı keçirmişdi. Bu gün Mehdini hazır görürdüm. Ona görə də üstünlüyü ona verdim.

- Bundan sonra "Zirə"nin 3-4-cü yerlər uğrunda mübarizə aparacağını demək olar?

- Bu gün elə görünür. Bu baxımdan bugünkü "Neftçi" - Qəbələ" matçı da həlledici olacaq. "Neftçi" qələbə qazansa, 3-4-cü yerlər uğrunda mübarizə aparan komandalar bir az qopacaq. Amma futboldur. "Sabah"ın 13 tura topladığı xal son 13 ildə çempionluq xalıdır. Sadəcə olaraq bu ilə "Qarabağ" 13/13 edib. Ötən illərə baxsaq, nə "Qarabağ", nə "Neftçi" 13 turdan sonra bu qədər xal toplamayıb. "Sabah"la "Qarabağ" çox ambisiyalıdır. "Neftçi"də hansı vəziyyətdə olursa-olsun hər zaman çempionatda favoritdir. Bu üçlük səviyyəcə digər komandalardan fərqlənir. Futboldur, sona kimi mübarizə aparacağıq. Hazırda bizim üçün 4-cü yer çox önəmlidir. Geridə olan komandalardan biri kuboku qazanmasa, 4-cü yerdə Konfrans Liqasına vəsiqə verir. Hər şeyi düzgün təhlil etməyə çalışırıq. Bizim üçün ilk məqsəd Konfrans Liqasına vəsiqə qazanmaqdır. Təbii ki, medal da olsa, bu, əlavə qazancdır. Hələ qarşıda çox oyunlar var. Qış fasiləsini komandaların necə keçirəcəyi çox önəmlidir. Çempionatın nəticəsinə təsir edəcək amillər olacaq.

- "Sabah" sabah "Qarabağ"ı məğlub etsə, çempionluğun taleyi həll oluna bilər?

- Rəsmiləşmək yox, amma böyük üstünlük yarana bilər. Mən özüm bir azarkeş kimi səbrsizliklə bu oyunu gözləyirəm. Hər iki komanda möhtəşəm performans göstərir. Bu komandalar çempionatımıza rəng qatır. "Neftçi"ni də bu mübarizədən silməyə tələsmək olmaz. "Ağ-qaralar" şəxsən mənim çox xoşuma gəlir. Məncə bu üç komanda arasında sona qədər gərgin mübarizə gedəcək.

- Sabah kimə azarkeşlik edəcəksiz?

- Gözəl futbola.

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
Hamısı