Argentinalı ulduz Lionel Messi noyabrın 20-dən dekabrın 18-dək Qətərdə baş tutacaq futbol çempionatının qalibi olmaq üçün 3 komandanın namizədliyini irəli sürüb.
Ednews xəbər verir ki, Messi Cənubi Amerika Futbol Konfederasiyasının rəsmi saytına müsahibəsində bildirib ki, "Braziliya, Fransa və İngiltərə dünya çempionatında iştirak edən digər komandalardan nisbətən güclüdür".
Futbolçu əlavə edib ki, "Bizim böyük ümidlərimiz var. Argentina millisi seçilən komandadır və həvəslə çıxış edir, lakin biz hər şeyi tədricən həll etməliyik".
O, həmçinin "Dünya çempionatının qrup mərhələsi heç də asan deyil" deyə, xəbərdarlıq da edib.
Rəna Mürşüd