Bu il Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatı ərəfəsində stadionlarda pivə satışı qadağan edilib.
Ednews xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Bildirilib ki, satış xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda gerçəkləşəcək. Stadionlarda yalnız spirtsiz pivə satılacaq.
Qeyd edək ki, Dünya çempionatının başlamasına iki gün qalmış Qətərin hakim ailəsinin üzvləri FIFA-dan stadionlarda pivə satışını dayandırmağı tələb edib. Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.