FIFA-dan Almaniya millisi barədə - QƏRAR - ednews.net

2 Dekabr, Cümə

(+994 50) 229-39-11

FIFA-dan Almaniya millisi barədə - QƏRAR

İdman A- A A+
FIFA Almaniya millisini dünya çempionatının I turunda Yaponiya ilə oyundan əvvəl etdiyi hərəkətə görə cəzalandırmayacaq.
 
Ednews  xəbər verir ki, Asiya təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi matçdan əvvəl alman futbolçular kollektiv fotoda əlləri ilə ağızlarını bağlayıblar.
 
Onlar bunu FIFA-nın “OneLove” kapitan sarğılarını qadağan etməsinə etiraz əlaməti olaraq ediblər.
 
Bundestimin kapitanı Manuel Noyer də məsələyə münasibət bildirib:
 
“FIFA sarğımızı ala bilər, amma bizi heç vaxt susdurmayacaqlar. Öz dəyərlərimizi və insan haqlarımızı müdafiə edirik”.
 
Almaniya Futbol İttifaqı isə oyunçularını müdafiə edib: “Bizim üçün sarğıdan imtina etmək səsdən imtina etmək kimidir. İnsan hüquqları müzakirə edilə bilməz”.
 
Qeyd edək ki, Almaniya yığması E qrupunda növbəti oyununu noyabrın 27-də İspaniyaya qarşı keçirəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...