Nazirlik Bakıda qətlə yetirilmiş idmançı ilə bağlı paylaşım etdi - FOTO - ednews.net

30 Yanvar, Bazar ertəsi

(+994 50) 229-39-11

Nazirlik Bakıda qətlə yetirilmiş idmançı ilə bağlı paylaşım etdi - FOTO

İdman A- A A+

Gənclər və İdman Nazirliyi Şağan idman arenasında qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb.

Ednews xəbər verir ki, bu barədə Nazirliyin sosial şəbəkədəki hesabında bildirilir.

"Təəssüf ki, bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində hər birimizin kədərinə səbəb olan hadisə baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - paylaşımda deyilir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...