FİFA milli komandaların 2022-ci il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.
Ednews qurumun saytına istinadən xəbər verir ki, bundan əvvəlki reytinq cədvəli ilə müqayisədə 2 pillə irəliləyən Azərbaycan milli komandası 1151 xalla 121-ci pillədə qərarlaşıb.Buna millimizin yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.
Qeyd edək ki, siyahıy Braziliya (1840) başçılıq edir. DÇ-2022-nin qalibi Argentina (1838) 2-ci pilləyə yüksəlib. Fransa (1823) isə 3-cüdür.