"Yuventus"un yeni rəhbərliyi açıqlanıb.
Ednews klubun rəsmi saytına istinadən xəbər verir ki, Canluka Ferrero Turin təmsilçisinin prezidenti olub.
Klubun idarə heyətində Fioranna Vittoria Neqri, Mauritsio Skanavino (baş menecer), Dieqo Pistone və Laura Kapiello yer alıb.
Qeyd edək ki, "Yuventus"da maliyyə pozuntusu faktı aşkarlandığından bu ilin noyabrında klub rəhbərliyi bütün idarə heyəti ilə birlikdə istefa verib.