"Sumqayıt"dan ayrılan Damian Daniçiçin yeni klubu məlum olub.
Ednews xəbər verir ki, serbiyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
22 yaşlı müdafiəçi "Vozdovaç"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Daniçiç mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edirdi. O, "kimyaçılar"la 12 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.