"Turan Tovuz" mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələcək.
Ednews klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 7-də Antalyaya yola düşəcək.
Artıq komandanın hazırlıq çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarının tarixləri bəlli olub. Belə ki, ilk olaraq 9 yanvar tarixində “Turan Tovuz” “Petrolul”la qarşılaşacaq.
13 yanvar tarixində isə baş məşqçi Ayxan Abbasov İsveçrə “Aarau”su ilə oyunda komandanı sınaqdan keçirəcək. Antayla təlim-məşq toplanışında son oyun isə yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq.
Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.