“Neftçi” klubu də qış hazırlığına start verib.
Ednews xəbər verir ki, komanda bu gün Antalyaya uçub. “Ağ-qaralar” yanvarın 4-dən 20-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışı keçəcək.
Komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
“Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.