"Formula 1" üzrə Azərbaycan Qran Prisində dünya ulduzlarının konsertinə yalnız üç günlük tribuna bileti olanlar qatıla biləcəklər".
Bunu Ednews-a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
Qurum rəsmisi bildirib ki, yalnız bulvar ərazisindəki əyləncə mərkəzinə giriş bütün bilet sahiblərinə şamil olunacaq: "Cümə günü DJ Don Diablo, şənbə günü DJ Hardvel konsert proqramları ilə çıxış edəcəklər".
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək.