İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Türkiyə idmançısı Bayav Pelinsu ştanqı qaldırdıqdan sonra huşunu itirib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Armenia” nəşri yayıb.
Mənbə yazır ki, ona dərhal ilkin tibbi yardım göstərilib.
Xatırladaq ki, aprelin 15-də Ermənistanın paytaxtında ağır atletika üzrə Avropa çempionatı start götürüb. Aprelin 23-dək davam edəcək yarışda 400-ə yaxın idmançı iştirak edir.
Qeyd edək ki, Azərbaycan idmançıları bayrağımızın yandırılmasından sonra dünən vətənimizə qayıdıb.