"Neftçi" və "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin daha ikisi bəlli olub.
Ednews xəbər verir ki, Rumıniya Kubokunun qalibi olan "Sepsi" və Serbiyanın "Voyvodina" komandası səpələnmişlər səbətində yer alan "ağ-qaralar"la üz-üzə gələ bilərlər.
Kipr Kubokunu qazanan "Omoniya" və Yunanıstanın PAOK klubu səpələnmişlər səbətinə düşüb və "Sabah"ın potensial rəqibləri sırasındadır.
Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.