Daha əvvəl Çempionşip komandalarından “Hull City” klubunu satın alan Acun Ilıcalı İrlandiya Premyer Liqa komandası “Şelbrun” komandasının əksər səhmlərini aldığını açıqlayıb.
Ednews ntv-yə istinadən xəbər verir ki, Ilıcalı sosial media hesabı ilə İrlandiya Premyer Liqa klublarından biri “Şelbrun”u aldığını açıqlayıb.
Ilıcalı, "Hall Siti ilə başlayan güclü futbol sərmayələrimiz, İrlandiya Premyer Liqasının ən köhnə və köklü klublarından biri olan “Şelbrun”un əksər hissələrinin alınması ilə davam edir. Məqsədimiz avrokuboklarda iştirak etməkdir. Bu klubla mühüm uğurlara imza atmaq və bir çox istedadı dünya futboluna transfer etmək istəyirik. Biz İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə inanırıq".
Qeyd edək ki, A.Ilıcalı bununla da Böyük Britaniyada iki klubun rəhbəri olub.
Oğuz