Rusiyanın “ÇSKA” klubunun futbolçusu Türkiyə klubuna keçməyə razılıq verdiyi məlum olub.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, komandanın hücumçusu Fedor Çalov Türkiyənin "Qalatasaray"ına keçməyə razılaşıb.
Mənbənin məlumatına görə, başa çatan mövsümdə Türkiyə çempionu olan “Qalatasaray” rəhbərliyi rusiyalı agentlə əlaqə saxlayıb və futbolçunun özü də kluba keçidə razılaşıb. Artıq “ÇSKA” ilə danışıqlara başlanılacağı planlaşdırılır.
Xatırladaq ki, Çalov “ÇSKA-nın yetirməsidir. O, 2022-2023 mövsümündə bütün yarışlarda 41 matçda iştirak edib, 24 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun ordu komandası ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Oğuz