İyulun 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Həmkarlar İttifaqı tərəfindən təşkil edilən ANAMA Təmizləmə Qrupları arasında futbol yarışının final oyunu keçirilib.
Ednews xəbər verir ki, final Cəbrayıl və Laçın komandaları arasında ANAMA-nın Cəbrayıl rayonunda yerləşən mobil bazasında təşkil edilib.
Təntənəli açılışdan sonra ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək komandalara uğurlar arzu edib. Bu oyunun işğaldan azad edilən ərazilərdə ilk oyunlardan olduğunu vurğuladı. Turnir Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq keçirilib.
AFFA-nın İcraiyyə Komitəsinin sədri Sərxan Hacıyev də çıxış edərək turnirin özəlliyindən danışıb. Bu cür tədbirlərin işğaldan azad edilən ərazilərdə keçirilməsi yönündə AFFA-nın dəstəyi olacağını qeyd edib. AFFA-nın ANAMA ilə birgə əməkdaşlığını da yada salıb.
Oyun Cəbrayıl komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Cəbrayıl çempion olub.