Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təinatını alıb.
Ednews AFFA-nın saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi olacaq.
Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 4-cü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, Farer adalarındakı "Torsvoellur" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.