Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın qonağı olan RFS-in (Latviya) baş məşqçisi Viktor Moroz texniki zonadan qovulub.
Ednews xəbər verir ki, o, futbolçusu Artur Zjuzinsin 33-cü dəqiqədə qırmızı vərəqə aldığı epizodda görüşün baş hakiminə kəskin şəkildə etiraz edib.
İsveçrəli referi Fedayi San latviyalı mütəxəssisə bu hərəkətinə görə qırmızı vərəqə göstərib.
Qeyd edək ki, hazırda matçın ilk hissəsi oynanılır və hesab 0:0-dır.