PSJ-nin futbolçusu Marko Verrattinin Qətərin “Əl-Ərəbi” klubuna keçəcəyi dəqiqləşib.
Ednews xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Qətər klubu Verratti üçün PSJ-yə 50 milyon avro ödəyəcək. Onunla 3 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Marko Verratti 2012-ci ildən PSJ-də çıxış edir. O, Fransa klubunda 416 oyun keçirib.