"Şerif" baş məşqçi Roberto Bordini istefaya göndərib.
Ednews xəbər verir ki, bu barədə Moldova klubunun mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, bu ilin yanvarın 9-da əvvəllər də çalışdırdığı “Şerif”ə baş məşqçi təyin edilmişdi. Bordinin müqaviləsi 2024-cü ilin oktyabrında başa çatacaqdı.
Xatırladaq ki, Bordin 2018-2020-ci illərdə "Neftçi"yə baş məşqçilik edib.